Axtarış

Saved articles

You have not yet added any article to your bookmarks!

Browse articles
Xəbərlər
Burada sizin reklamınız ola bilər
Burada sizin reklamınız ola bilər

Canlı

Son Xəbərlər

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Bu barədə Primetv.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı bildirilib.Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tramp təkcə İranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanət edib

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana zərbələr endirmək qərarı təkcə Tehranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanətdir. Primetv.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda mətbuat konfransında çıxışı zamanı deyib. "ABŞ Prezidenti regionumuzda (Yaxın Şərqdə - red.) baha başa gələn müharibələrə son qoymaq platforması ilə gündəmə gəlib. O, diplomatiyaya sadiqliyimizi pozmaqla İrana xəyanət edib, həm də müharibəyə başlamaq istəyən cinayətkarların təsiri altına düşərək seçicilərini aldadıb", - Əraqçi bildirib. (Report)

Yəmən İran-İsrail münaqişəsinə qoşulacaq

Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib. Primetv.az-ın xəbərinə görə, bu barədə husi ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun", - hərəkat qeyd edib. Bir sıra teleqram kanalları Yəmənin Bab əl-Məndəb boğazını bağladığını bildirib. Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib. O, bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. (Report)

Əraqçi sabah Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi sabah Rusiyaya səfər edəcək. Primetv.az xəbər verir ki, bunu Abbas Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında bildirib. Rusiyanın İranın dostu, strateji müttəfiqi olduğunu vurğulayan nazir bildirib ki, sabah Prezident Vladimir Putinlə və rusiyalı həmkarı ilə görüşəcək. Nazir Rusiyanın ABŞ-nin hücumlarını qınadığını da vurğulayıb. (Report)

Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şirvanda yük avtomobilinin dəmir yolu ötücüsünə ciddi zərər yetirməsi səbəbindən məhdudlaşdırılan hərəkəti bərpa edib. Bu barədə Primetv.az-a ADY-dən bildirilib. Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək dəmiryol infrastrukturuna ciddi zərər vurub. Nəticədə ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb. ADY tərəfindən hadisədən sonra qatarların hərəkətinin bərpası istiqamətində operativ tədbirlər görülüb, əlavə yol çəkilib. Yük qatarlarının hərəkəti 22 iyun saat 11:30-dan etibarən bərpa olunub.

Burada sizin reklamınız ola bilər

KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə obyektlərinə zərbələr hakimiyyəti dəyişdirmək üçün müharibənin başlanğıcı deyil, birdəfəlik aktdır. Primetv.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmiyə istinadən məlumat yayıb. Nəşr yazır ki, Vaşinqton ərəb dövlətləri vasitəsilə Tehrana hücumların başa çatması barədə məlumat verib. ABŞ həmçinin vasitəçilər vasitəsilə İranı nüvə sazişi üzrə danışıqlara qayıtmağa çağırıb. Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. (Report)

İsrail hərbçiləri Qəzzadan üç əsirin meyitini geri qaytarıb

İsrail hərbçiləri Qəzza zolağından üç əsirin meyitinin qalıqlarını geri qaytarıb. Primetv.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. “İsrail Müdafiə Ordusu və Baş Təhlükəsizlik Xidməti tərəfindən Qəzza zolağında həyata keçirilən əməliyyat zamanı HƏMAS tərəfindən saxlanılan 3 oğurlanmış əsir İsrailə qaytarılıb”, - baş nazir qeyd edib. (Report)

KİV: ABŞ İranın mümkün cavab zərbələrinə hazırlaşır

Ağ ev 48 saat ərzində İranın ABŞ obyektlərinə mümkün cavab zərbələrinə hazırlaşır. Primetv.az-ın xəbərinə görə, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb. İranın hansı ABŞ obyektlərini hədəf seçə biləcəyi açıqlanmayıb. (APA)

ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba atıb

ABŞ İranda Fordo nüvə obyektinə 6 ədəd “B-2” bombardmançı təyyarə ilə 12 sığınacaq əleyhinə bomba ilə zərbə endirib. Primetv.az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. Natanz nüvə obyektinə isə 2 bomba atılıb. Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib. (APA)

Leysan yağacaq, dolu düşəcək

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primetv.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Burada sizin reklamınız ola bilər
Xəbər Lenti
Reklam
Reklam